Əkrəm Qaflanoğlu: "Bal əhvalatı" Ən qısa hekayə

Əkrəm Qaflanoğlu: "Bal əhvalatı" Ən qısa hekayə
24 dekabr 2013
# 12:00

Kulis.Az Əkrəm Qaflanoğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Bal əhvalatı” (446 işarə) hekayəsini təqdim edir.

Rayonların birinə ezamiyyətə getmişdim. Gecə otelə gec qayıtdım. Gərgin iş günündən sonra başımı yastıqa necə qoydumsa, səhər erkən qapının tıqqıltısına oyandım. Qapını açdım.

- Sizə bal göndəriblər.

Düzü heç kimdən bal gözləmirdim. Gözümü ovuşdura-ovuşdura – qoyun mizin üstünə –dedim.

Bir az da gözümün acısını almaq istəyirdim. Qapıdan yenə səs gəldi:

- Buyurun, qapı açıqdır!

Gələn adam:

- Bağışlayın, balı başqa adama göndəriblər. Siz yatın, mən balı aparıram-deyib balı apardı.

Ağzımda bal dadı gözüm yuxuya getdi.

# 2380 dəfə oxunub

Müəllifin son yazıları

# # #