Məşhur şairimiz bu şeiri üç ilə yazıb - Mətn

Məşhur şairimiz bu şeiri üç ilə yazıb - Mətn
29 sentyabr 2019
# 12:27

Kulis.az “Bazar oxusu” layihəsindən mərhum şair Məmməd Aslanın uyğun qafiyə tapa bilmədiyi üçün üç il vaxt sərf etdiyi “Yox” rədifli şeiri təqdim edir.

Səpib göyərdərəm sözü, kəlməni
Ayrı sənətim yox, ayrı işim yox
Tanıtsa bir misram tanıdar məni
Ayrı sənədim yox, arayışım yox

Sözlər közərdimi, qəlbim yanacaq,
İsidər ruhumu bu od, bu ocaq.
Mənim ov silahım dilimdir ancaq,
Ayrı sapandım yox, ayrı daşım yox!

Bu yolu seçdim ki, yanam, tutuşam,
Alovlar içində qovrulan quşam,
...Ömrü söz uğrunda girov qoymuşam,
Ayrı ürəyim yox, ayrı başım yox!

# 2413 dəfə oxunub

Müəllifin son yazıları

# # #