Mahsun Kırmızıgülün filmində Sabir şeiri - VİDEO

Mahsun Kırmızıgülün filmində Sabir şeiri - <span style="color:red;">VİDEO
6 mart 2017
# 11:59

Türk müğənni və rejissor Mahsun Kırmızıgülün “Vəzir barmağı” filmi 25 yanvarda nümayişə çıxıb. Filmdə böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin “Qorxmuram” şeirinə bəstələnən mahnı da nümayiş olunub. Şeirin tam mətnini və filmin həmin hissəsini təqdim edirik.

Mirzə Ələkbər Sabir: "Qorxuram"

Payi-piyadə düşürəm çöllərə, --

Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları, --

Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin, --

Dalğalı tufan görürəm, qorxmuram.

Gah çıxıram sahilə, hər yanda min

Vəhşiyi-ğürran görürəm, qorxmuram.

Gah şəfəq tək düşürəm dağlara, --

Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara, --

Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, --

Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan, --

Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr, --

Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib

Çox tuhaf insan görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər,

Müxtəlif əlvan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,

Ay dadaş, vallahi, billahi, tallahi,

Harda müsəlman görürəm, qorxuram!....

Bisəbəb qorxmayıram, vəchi var:

Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,

Qorxuram, qorxuram, qorxuram!....

# 1257 dəfə oxunub

Müəllifin son yazıları

# # #