Fotoqraflar Birliyində “Açıq Qapı günü”

Fotoqraflar Birliyində “Açıq Qapı günü”
9 iyul 2014
# 17:36

İyulun 12-də Azərbaycan Fotoqraflar Birliyinin (AFB) ənənəvi “Açıq Qapı günü” toplantısı keçiriləcək. AFB-nin sədri Mirnaib Həsənoğlunun APA-ya verdiyi məlumata görə, toplantıda fotoqrafiyanın yaranmasının 175 illiyinə həsr olunmuş “Say Chesse” layihəsinin “Mənim ölkəm Şərq əməkdaşlığında” fotomüsabiqəsinin qalibləri elan olunacaq, müsabiqəyə təqdim olunan fotoların slayd-şousu göstəriləcək.

Tədbirdə 12 iyul Ümumdünya fotoqraf günü münasibəti ilə AFB-nin və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş Mərkəzinin birgə layihəsi olan “Dairə” fotomüsabiqəsinin qalibləri elan olunacaq, müsabiqəyə təqdim olunmuş fotolar nümayiş olunacaq.

M. Həsənoğlu bildirib ki, yay mövsümü ilə əlaqədar olaraq yeni müsabiqənin mövzusu elan olunacaq.

# 1442 dəfə oxunub

Müəllifin son yazıları

# # #