Azərbaycan filmi Venesiya festivalında

Azərbaycan filmi Venesiya festivalında
24 iyul 2014
# 17:05

Rejissor Elçin Musaoğlunun çəkdiyi, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan “Nabat” tammetrajlı bədii filmi avqustun 27-dən sentyabrın 6-a kimi keçiriləcək 71-ci Beynəlxalq Venesiya kinofestivalında nümayiş olunacaq. Kulis.Azın məlumatına görə film festivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi olan “Horizontlar” (Orizzonti) proqramında iştirak edəcək.

Bu proqramda yeni tendensiyaların olduğu bədii və sənədli filmlər iştirak edir.

Ən yaxşı bədii və sənədli filmlərə görə priz verilir.

Qeyd edək ki, bu proqramda E. Musaoğlu ilə yanaşı 16 rejissorun filmi yarışacaq. Proqrama eyni zamanda dünya şöhrətli İran rejissoru Mohsün Malmalbafın “Prezident” filmi də daxildir.

Festival meksikalı rejissor Alexandro Qonsales İnyarittunun “Berdmen” qara komediyası ilə açılacaq.

# 3271 dəfə oxunub

Müəllifin son yazıları

# # #