Uolt Disneyin özünün rəhbərliyi altında işləyən Walt Disney Studios-un sonuncu işçisi animator, rejissor, prodüser Barney Mattinson 87 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
Barney Mattinson Disney-də işlədiyi 70 il ərzində “Cəngəllik kitabı”, “Yüz bir Dalmatiyalı”, “Ledi və Tramp”, "Kral Şir" kimi ölməz şah əsərlər yaradıb. Bundan əlavə, o, "Ələddin", "Gözəl və Vəhşi", "Mulan" və başqaları da daxil olmaqla bir çox Disney layihələri üçün ssenari yazan qrupun əsas üzvü olub.