Məsumə Əhədova: „Sevimli ölü“ Ən qısa hekayə

Məsumə Əhədova: „Sevimli ölü“  Ən qısa hekayə
17 dekabr 2013
# 16:00

Kulis.az Məsumə Əhədovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sevimli ölü” (497 işarə) hekayəsini təqdim edir.

Beş nəfər qəhrəmanımızın cansız bədəninin başına toplanıblar.

- Nə tez öldün sən, gözləmirdik...

- Çox cavan idi!

- Və gözəl!

- İstedadlı!

- Xeyirxah!

- Şşşt, -deyə pozur yası onlardan biri- baxın, qımışdı!

- And içə bilərəm ki, mənə göz qırpdı!

- Şəhadət barmağını qaldırdı, ilahi!

- Sağdır ki bu!

- Haqqında dediklərimizi də eşitdi.

- Lənət şeytana, ölü daha sevimlidir.

- Quduracaq!

- Yüksələcək!

- Xoşbəxt olacaq!

- Buna əsla imkan verməməliyik!

İki min il əvvəl Sezara uzanan əllər bıçaqlarını qəhrəmanımızın köksünə sancırlar.

-Öldü, -deyir hər ömürdə Brut doğulan adam- bu dəfə öldü.

# 3130 dəfə oxunub

Müəllifin son yazıları

# # #