Çinli rejissor və aktyor Ceki Çan Hindistan və Çinin media studiyaları ilə birgə kino sahəsində əməkdaşlıq müqaviləsinə əsasən Hindistanda film çəkəcək. Bu barədə kulis gazeta.ru-ya istinadən xəbər verir.
Çanın söylədiyinə görə, “Kunq fu yoqa” komediyasının çəkilişləri bu il başlaya bilər.
“Mən “Kunq-fu-yoqa” filmini çəkməyi planlayıram. Yəqin ki, Hindistana qayıtmaq lazım gələcək. Payızda çəkilişlərə başlamaq fikrindəyəm” - deyə Çan The Hindustan Times-a müsahibəsində söyləyib.