Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
12 oktyabr 2026
# 17:30

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, tənqidçi, mətnşünas, tərcüməçi, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Səlcuq Universitetinin fəxri doktoru, Türk Dil qurumunun müxbir üzvü Abbas Zamanovun anadan olmasının 115 illiyi münasibətilə elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kulis.az xəbər verir ki, alimin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən məlumat bazası onun zəngin elmi irsinin, ədəbiyyatşünaslıq sahəsində xidmətlərinin və elmə verdiyi töhfələrin geniş oxucu auditoriyasına çatdırılması məqsədi ilə hazırlanıb.

Elektron məlumat bazasında Abbas Zamanovun həyat və yaradıcılıq yolu, elmi fəaliyyəti, pedaqoji xidmətləri, ədəbi əlaqələrin inkişafındakı rolu və zəngin irsi haqqında ətraflı məlumatlar toplanıb.

Elektron resursda rəsmi sənədlər, alimin təltifləri, həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər, müəllifi olduğu kitabları, ədəbi tənqidi və publisistik məqalələri, redaktə və tərtib etdiyi nəşrlər, tərcümələri, xarici ölkələrdə nəşr olunan əsərləri, onun haqqında qələmə alınmış kitab və məqalələr, dissertasiya və avtoreferatlar öz əksini tapır.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər