Məşhur bəstəkarın əlyazması daşqından xilas olundu

Məşhur bəstəkarın əlyazması daşqından xilas olundu
22 noyabr 2019
# 10:41

Benedetto Marçello adına konservatoriyanın arxivində saxlanılan “Sovento İl Sole” partiturasının yeganə əlyazması daşqından xilas olunub.

Kulis.az rus mətbuatına istinadla xəbər verir ki, əlyazma konservatoriya heyətinin xilasetmə üçün müraciətinə cavab verən yerli sakinlərin səyləri nəticəsində qorunub. Könüllülər zədələnən sənət əsərlərinin qurudulması üçün tezliklə fəaliyyətə başlayacaqlarını bildiriblər. Konservatoriya rəhbərliyinin sözlərinə görə bütün sənəndlərin qorunub saxlanması mümkün olacaq.

Xatırladaq ki, Venesiyadakı daşqın zamanı Müqəddəs Mark kilsəsinin mozaik döşəməsi və sütunları, həmçinin oranın arxivində saxlanılan 56 min sənəd zərər görüb. Bunların içərisində Bethoven, Vivaldi, Çimaroza, Rossini və Monteverdinin əsərlərinin ilk nəşrləri də var.

# 2500 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #