Bu gün fransız şair, jurnalist və yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Anatol Fransın anım günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Ehtiras deyib keçməyin, bu dünyada böyük nə edilibsə, onun sayəsində edilib.
***
Axmaq bir sözü 50 milyon insan da desə, o yenə axmaq bir sözdür.
***
Dinlər birləşdirici deyil, əksinə, parçalayıcıdır. Birləşdirici olsaydı, bu qədər insan bir-biri ilə toqquşmazdı!
***
Bəşəriyyət tanrıları qəddar hökmdarlara baxaraq, onlardan örnək götürərək yaratdı.
***
Göylərdəki tanrılar yer üzündəki tiranların bir surətidir.
***
Siz hökmdardan, tirandan xilas olub onun surətinə sığınmaq istəyirsiniz.
***
Ölüm cəzasını hakimiyyət qurmaq naminə tətbiq edənlər yalnız zülmkarlardır.
***
Xalqları irəli aparan, ucaldan zəngin kitablardır.
***
Həyatın öhdəsindən gələ bilmirik, amma yenə də əbədi bir ömür arzulayırıq.
***
İnsan vicdanı ilə mühakimə yürütməli idi.
***
Utopiya bütün tərəqqilərin təməl prinsipidir.
***
Məntiqlə düşünüb məntiqsiz davranmaq insan təbiətinin xüsusiyyətidir.
***
Təbiətin heç bir əxlaqi prinsipi yoxdur. O, yaxşı ilə pis arasında heç bir fərq qoymur.
***
İnsan bir heyvanı sevənə qədər ruhunun bir parçası mürgüləyir.
***
İnsan daima özündən bəhs edər, lakin heç vaxt anlaşılmaz.
***
İnsan nə edirsə etsin, yer üzündə tənhadır.
***
İnsan yalnız dünyadan əl çəkdiyi zaman xoşbəxt olur.
***
Bu həyatı necə yaşayacağını bilməyən insanlar əbədi sürəcək başqa bir həyat diləyirlər.
***
Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır.
***
Qisas hissi cinayətdən daha vəhşi, daha yırtıcı bir hissdir.
***
İnsan ifrata varmadan həyatdan zövq almağı bacarmalıdır. İfratlar və hədsiz ehtiraslar fərdi fəlakətə sürükləyir.
***
Xəyal qurmaq hər şey deməkdir.
***
Qəmi şişirtdiyimiz kimi sevinci də ucaltsaq, problemlərimiz öz əhəmiyyətini itirər.
***
İnsan nə öyrənirsə, səfərlərdə öyrənir.
***
İnsan başına gələcəkləri əvvəlcədən bilsəydi, həyat dözülməz olardı.
***
Anlaqsızlıq böyük bir gücdür. Bəzən insanların dünyanı ələ keçirməsinə şərait yaradır.
***
Əhvalatı şeytanın dilindən heç dinləmədik, çünki bütün kitabı Tanrı yazdı.
Türk dilindən tərcümə: Aydan Ağayeva