“Ər və arvad” Tehranda

“Ər və arvad” Tehranda
8 iyul 2017
# 21:09

İranda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Tehranın “Hünər” Sarayında Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyası əsasında hazırlanmış tamaşa nümayiş olunub.

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi tərəfindən təqdim edilən tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar Rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar Artist Vaqif Məstanovdur.

Rolları əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

Tamaşa Tehran teatrsevərləri tərəfindən maraqla və sürəkli alqışlarla qarşılanıb. /azertag.az/

# 1057 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #