Ən məşhur yazıçının Ən məşhur şeiri

Ən məşhur yazıçının Ən məşhur şeiri
8 oktyabr 2021
# 11:35

Bu gün dövrünün ən məşhur yazıçılarından olan Əlibala Hacızadənin doğum günüdür. Onun anadan olmasının 96-cı ildönümüdür. Əlibala müəllim həm də gözəl şeirlər yazırdı. Onun romanlarında istifadə etdiyi şeirlərin hamısı özünün idi. Sonralar bu şeirləri “Sevəcəyəm” adlı kitabında topladı.

Kulis.az “Günün şeiri” layihəsindən onun ən məşhur şeiri olan “Nədəndir”i təqdim edir. Xatırladaq ki, müğənnilər Baloğlan Əşrəfov və Sərdar Ortac bu şeirə mahnı da oxuyublar.

Nədəndi

Gah ağlatdın, gah güldürdün sən məni,
Hikmətini bilmək olmur, nədəndi?
Selə - suya qərq elədim cahanı -
Göz yaşımı silmək olmur, nədəndi?

Nə biləydim, xəzan vurmuş gülmüşəm,
Öz ömrümü sənin ömrün bilmişəm,
Fələk məni ağladanda gülmüşəm -
Sən ağlatsan gülmək olmur, nədəndi?

Yaşamağa nə inam var, nə güman.
Başım üstdən heç əskilmir sis - duman,
İstəyirəm həsrətinlə verim can,
Həsrətindən ölmək olmur, nədəndi?

# 3409 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #