Nuri Bilgə Ceylan beynəlxalq festivalın jüri sədri oldu

Nuri Bilgə Ceylan beynəlxalq festivalın jüri sədri oldu
16 aprel 2019
# 18:30

Məşhur türk kinorejissor Nuri Bilgə Ceylan Şanxay Beynəlxalq film festivalının münsif heyətinə rəhbərlik edəcək.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, festival 15-24 iyun tarixində keçiriləcək. Orta Asiyada əhəmiyyətli sayılan bu kinofestivalın baş mükafatı “Qızıl qədəh”dir

1993-cü ildən keçirilən film festivalının münsif heyətində bu günə qədər Luk Besson, Emir Kusturitsa, Vonq Kar kimi rejissorlar olub.

# 2764 dəfə oxunub

Müəllifin son yazıları

# # #