Zelenskinin "Avroviziya" ilə bağlı müraciəti rədd edildi

Zelenskinin "Avroviziya" ilə bağlı müraciəti rədd edildi
12 may 2023
# 13:40

Ukrayna Prezidenti Volodimir Zelenskinin "Avroviziya-2023" beynəlxalq mahnı müsabiqəsinin finalında videobağlantı ilə qoşularaq müraciət etmək istəyi rədd edilib.

Kulis.az xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqının (AYİ) yaydığı bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, sözügedən müsabiqə beynəlxalq əyləncə şousudur və yarandığı gündən müəyyən edilmiş ciddi qayda və prinsipləri var. Əsas prinsiplərdən biri də tədbirin qeyri-siyasi xarakter daşımasıdır. Bu prinsip müsabiqə çərçivəsində siyasi və ya oxşar bəyanatlar yaymağı qadağan edir:

"Cənab Zelenskinin çıxış etməklə bağlı müraciəti xoşniyyətli olsa da, təəssüf ki, AYİ-nin idarəçiliyi tərəfindən buna icazə verilə bilməz, çünki bu tədbirin qaydalarına ziddir".

Qeyd edək ki, müsabiqənin finalı mayın 13-də keçiriləcək.

# 666 dəfə oxunub

Müəllifin son yazıları

# # #