Xaqani Şirvanidən unikal bir şeir – Azərbaycanca ilk dəfə

Xaqani Şirvanidən unikal bir şeir – Azərbaycanca ilk dəfə
24 iyun 2020
# 10:55

Kulis.az şair-tərcüməçi Dalğa Xatınoğlunun tərcüməsində dahi Xaqani Şirvaninin ibrətamiz bir şeirini təqdim edir.

Keçəndə bir koru gördüm, yaman həriflənmiş
Yanında cilvələnir huri tək gözəl yari

Dedim ki, sərvətinə, mülkünə gözün dikmiş,
İnanma böyülə naza, işvəyə səni Tari

Məsəldir eşşəyi dartıb qonaqların yanına,
Apardılar toya bir gün qarışdı əfkari

Gülüb, uğundu ki, mən rəqs bilmərəm doğru
Nə də çalıb, oxumaqdan başım çıxar bari

Odunla su daşımaqdır uzaqbaşı görəvim
Əlavə nə olacaqmış bir eşşəyin kari?

# 2360 dəfə oxunub

Müəllifin son yazıları

# # #