Yazarlar karikatura qurbanları haqda

Yazarlar karikatura qurbanları haqda
8 yanvar 2015
# 11:09

Kulis.az Fransada baş verən terrorla bağlı tanınmışların Facebook statuslarını təqdim edir.

Etimad Başkeçid: “Azad fikri boğmaq məsələsinə gəlincə, Fransa normal mükaliməni və sərbəst düşüncəni «Erməni soyqırımını inkar» qanunuyla çoxdan boğub öldürüb. İslam peyğəmbərinin karikaturasını çəkmək, bütöv toplumların inancını ələ salmaq da terrorun bir növüdür. Yəni terror təkcə vurub öldürmək deyil. Radikallıq radikallıq doğurur. Sözsüz, bunu terrorçulara haqq qazandırmaq üçün yazmadım…”

Zamin Hacı: “Ümumiyyətlə, karikaturasının çəkilməsindən qorxan adam dünyada ən gülməli adamdır. O cümlədən, tənqiddən qorxan təlim ən bədbəxt, ən ağlamalı təlimdir”.

Şahbaz Xuduoğlu: “Bəşər tarixində elə bir insan yoxdur ki, ona karikatura çəkilməsin. Hətta Allahın seçimlisi olanların da. Əslində karikatura silahı oyuncağa çevirən bir sənətdir. Ondan niyə qorxmaq lazımdır? Biz niyə peyğəmbərimizi belə karikaturaya gələ bilməyəcək dərəcədə qəddar və amansız birisi kimi təqdim etməliyik? Bəlkə müsəlman aləminin despot xüsusiyyətinin mənbəyi elə budur”.

Elmir Mirzəyev: “Bunu edən kimdisə, müsəlmanlar ya kim, deyəsən unudub ki, 8 dəfə səlib yürüşünü kim edib, lap qədimlərdən, Roma zamanından ta XX əsrin ortalarına kimi bütün dünyanı kim işğalda saxlayıb, inkvizisiyaları, autodafeləri kim edib, milyonlarla adamı iki dünya müharibəsində kim qırıb, konslagerləri, qaz kameralarını kim qurub, eləmi? Cənablar, onlar bu işlərdən xəcalət keçirərək, bunları unutmağa çalışıb, indi də siz deyəsən bunları xatırladıb oyatmaq istəyirsiniz eləmi? Vəhşiliyə qalsa siz onların yanında balaca bəbək də deyilsiniz, heç olmazsa bunun fərqindəsinizmi? Demək Pandoranın yeşiyini yenidən açmaq istəyirsiniz, demi?”

Qan Turalı: “Ağlına, savadına hörmət elədiyim dostlar avropalılardan daha artıq islamafob olublar. Terror bəşəri bir cinayətdir, onu müsəlmanlar da, kommunistlər də, hətta buddistlər də edir. Nə Quran, nə də "Kapital" terroru əmr edir.

Radikal fundamentalist və kommunist təşkilatları ortaya çıxardan səbəb imperializmin tətbiq etdiyi ədalətsiz və zülmkar sistemdir. İmperializm öz mənfəətləri naminə diktatorial sistemləri dəstəkləyir, müxtəlif diskrinimasiyalar tətbiq edir, istismarı böyüdür və nəticədə radikal qruplar üçün münbit şərait yaradırlar.

Günah kapitalist sistemin mahiyyətindədir.

Lakin fundamentalist qruplar imperializmin əlinə hər zaman bəhanə verirlər. Fransadakı soyqırımından sonra miqrantlara qarşı münasibət xüsusilə kəskinləşəcək. Eynən 11 sentyabrda Amerikada olduğunu kimi. Və imperializm də burnunu başqa ölkələrin daxili məsələlərinə soxmaq üçün yeni fürsətlər əldə edəcək.

Terror murdar bir şeydir və bütün murdar şeylər kimi o da kapitalist sistemin meyvəsidir”.

Qismət: “Mənə elə gəlir ki, terrorist olub "Bunu dao yolunda edirəm!" - deyən ola bilər, amma daonu anlayan adamın radikal terrorist olma ehtimalı çox azdır, eləcə də başqa inanclar. Amma incə bir məqam var ki, bunu etiraf etməliyik, o fərq isə hansı fundamentalist təsisatın radikallığa, aşırılığa, təhrifə daha yatımlı olmasıdır. Xakerlərin sözü var ha, proqramın boşluğunu tapıb sistemə ordan girmək...

# 1131 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #