Latın Amerikasının ən yaxşı romanı seçildi - Video

Latın Amerikasının ən yaxşı romanı seçildi - Video
4 oktyabr 2021
# 10:04

Kolumbiyalı yazıçı Xuan Qabriel Vaskesin “Keçmişə bir nəzər” romanı “Ən yaxşı Latın Amerikası romanı” seçilib.

Kulis.azın verdiyi xəbərə görə, 2020-ci ildə qələmə alınan əsər bu il dördüncüsü keçirilən Mario Varqas Lyosa bienalında qiymətləndirilib.

Tədbirdə çıxış edən Nobelli yazıçı Mario Varqas Lyosa romanı “qaçırılmayacaq-itməyəcək əsər” adlandırıb və mükafatı həmkarına təqdim edib.

Xatırladaq ki, Xuan Qabriel Vaskes çağdaş dünya ədəbiyyatının ən ciddi müəlliflərindən hesab olunur. Onun “Düşən əşyaların səsi” romanı dünyanın ən aparıcı dillərinə, o cümlədən Türkiyə türkcəsinə tərcümə olunub.

# 1176 dəfə oxunub

Müəllifin son yazıları

# # #