Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi
14 avqust 2021
# 10:39

Azərbaycanın Xalq artisti dünyasını dəyişib.

Vaqif Əliyev 81 yaşında vəfat edib.

Bu haqda aktyorun yaxınları xəbər verib. Bildirilib ki, V.Əliyev ürək çatışmazlığından dünyasının dəyişib. Bakı Bələdiyyə Teatrının aktyoru ötən gün dəfn olunub.

Qeyd edək ki, V.Əliyev 1940-cı ildə anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. 2000- ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb.

# 2577 dəfə oxunub

Müəllifin son yazıları

# # #