"Döyün bir-birinizi, vicdan əzabınız yox..." - Şarl Bodler

"Döyün bir-birinizi, vicdan əzabınız yox..." - Şarl Bodler
31 avqust 2026
# 16:30

Bu gün məşhur fransız şair və tənqidçi Şarl Bodlerin anım günüdür.

Kulis.az bu münasibətlə onun şeirlərini Şamil Zamanın tərcüməsində təqdim edir.

İnsan və dəniz

Əzizlərsən dənizi, həmişə, gözəl insan,

Dəniz - səninçün güzgü! Baxırsan

öz qəlbinə,

Çəkilən dalğasının sonsuz ənginliyinə...

Qəlbin, hissin, ümidin heçə dönür

bircə an...

***

Öz şəklinin qoynunda üzmək xoşuna gəlir

Ürəyini, əlini, gözlərini qucursan,

Bəzən gileylənirsən şəxsi həyəcanından, -

Azğın, vəhşi gileyin səsi qəlbini dəlir...

***

Həyatda təvazökar, sehrli hər ikiniz

İnsan, sənin qəlbini heç nə ölçə bilməyib, -

Dəniz, sənin sərvətin haqq-hesaba gəlməyib, -

Sirrinizi açmaqda ah, necə xəsissiniz!

***

Saya-hesaba gəlməz ötən illər, zamanlar,

Döyün bir-birinizi, vicdan əzabınız yox;

Siz ölümü, qırğını necə sevirsiniz çox,

Ey amansız qardaşlar, əbədi pəhləvanlar!

1857. Les Fleurs du Mal.

# 126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər