Bu gün tanınmış ABŞ yazıçısı Marqaret Mitçellin anım günüdür.
Kulis.az onun "Küləklə sovrulanlar" əsərindən bəzi hissələri təqdim edir.
Həyatın bizə gözləntilərimizi vermək kimi bir borcu yoxdur.
***
Ağır yüklər onları daşımağa qadir olan güclü çiyinlər üçündür.
***
Kifayət qədər cəsarətin varsa, heç bir nüfuza ehtiyac duymadan da yaşaya bilərsən.
***
Nə də olsa, sabah yeni bir gündür!
***
Qeyri-müəyyənlik içində qalıb tərəddüd etməkdənsə, ən pisi ilə üzləşmək daha yaxşı idi.
***
İnsan ad-sanını, nüfuzunu itirməyənə qədər bunun necə bir yük olduğunu və əsl azadlığın nə demək olduğunu heç vaxt dərk edə bilmir.
***
Bəlkə də... mən o köhnə günlərin qayıtmasını istəyirəm, halbuki onlar heç vaxt qayıtmayacaq. Həmin günlərin xatirəsi və başıma uçub-dağılan o dünya məni bir an belə rahat buraxmır.
***
Ölüm, vergilər və doğum! Bunların heç biri üçün heç vaxt münasib vaxt olmur.
***
Səni sevənlərə qarşı çox qəddarsan, Skarlett. Onların sevgisini əlində tutub başları üzərində qamçı kimi yelləyirsən.
***
Əgər istəsəydin, qəlbimi parça-parça edib sənin boynuna taxardım.
***
Üzr istəmək bir dəfə təxirə salındısa, hər keçən gün daha da çətinləşir və ən sonunda tamamilə qeyri-mümkün olur.
***
Mən öz uydurduğum bir xəyalı sevmişdim — Melli kimi artıq həyatda olmayan bir xəyalı. Gözəl bir libas biçib ona aşiq olmuşdum. Eşli də belə yaraşıqlı, belə fərqli şəkildə qarşıma çıxanda, əyninə otursa da, oturmasa da o libası ona geyindirdim. Onun əslində kim olduğunu görmək istəmədim. Mən onu yox, yalnız o gözəl libası sevməyə davam etdim.
***
Əgər sənə dəlicəsinə aşiq olduğumu desəydim, yalan danışdığımı dərhal anlayardın.
***
İstənilən cəmiyyətdə yeganə bağışlanmaz günah budur: Başqalarından fərqlən və lənətə gəl!
***
Yeni təcrübələrdən heç vaxt imtina etmə, Skarlett, onlar insanın dünyagörüşünü zənginləşdirir.
***
Mən heç vaxt qırıq parçaları səbirlə toplayıb yenidən yapışdıran və yapışdırılmış şeyin təzəsi qədər yaxşı olduğuna özünü inandıran insanlardan olmamışam. Sınan şey artıq sınıb — onu yamayıb ömrümün sonuna qədər qırıq yerlərinə baxmaqdansa, ən yaxşı vaxtlarındakı kimi xatırlamağa üstünlük verərəm.
***
On altı yaşında təkəbbür və şöhrətpərəstlik sevgidən daha güclü idi və indi onun alovlu qəlbində nifrətdən başqa heç nəyə yer qalmamışdı.
***
Tamamilə məğlubiyyətə uğramış davalara qarşı həmişə bir zəifliyim olub.
***
Kaş nə etdiyin, hara getdiyin mənim üçün önəmli olaydı, amma deyil... Əzizim, heç vecimə də deyil.
Rus dilindən tərcümə: Aydan Ağayeva