Tarantinonun sonunu filminin təntənəli nümayişi keçirilib

Tarantinonun sonunu filminin təntənəli nümayişi keçirilib
9 avqust 2019
# 13:11

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında dünya şöhrətli rejissoru Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filminin rəsmi premyeradan bir gün əvvəl qapalı nümayişi baş tutub.

Kulis.az-ın məlumatına görə, təqdimatda 1960-70 illərin atmosferi hökm sürüb. Həmçinin, tədbirdə furşet, alkoqol və alkoqolsuz içkilər təşkil edilib. Bundan başqa, təqdimat fərqli dekorasiya, musiqi, şou proqram və mükafatlı müsabiqələri ilə diqqət çəkib.

Gecəyə qatılanlar xüsusi dress-koda diqqət edən məşhurlar, jurnalistlər, blogerlər, iş adamları və təşkilatçılar olub.

Tarantinonun doqquzuncu filmi ən çox məşhurun bir arada olduğu ekran işidir. Belə ki, burada Leonardo di Kaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi dünya şöhrətli sənətçilər yer alıb.

Filmdə hadisələr 1969-cu ilin yayında cərəyan edir. Məşhur bir serialda oynayan aktyor film sektoruna girmək istəyir. Aktyorun yaxın dostu və dublyoru da eyni niyyətdədir. Ekran işində arxa planda qalan hekayə isə Çarlz Menson və dörd dostunun müridləri tərəfindən qorxunc şəkildə öldürülməsidir.

# 1668 dəfə oxunub

Müəllifin son yazıları

# # #