Səlim Babullaoğlunun “Ədəbi yuxular” kitabının müzakirəsi keçiriləcək

Səlim Babullaoğlunun “Ədəbi yuxular” kitabının müzakirəsi keçiriləcək
26 fevral 2016
# 13:35

Vaqif Səmədoğlu adına Ədəbiyyat klubunda şair Səlim Babullaoğlunun yenicə çapdan çıxan “Ədəbi yuxular” kitabının müzakirəsi olacaq. Kulisin məlumatına görə müzakirə fevralın 27-i, saat 15:00-da Səməd Vurğunun ev muzeyində keçiriləcək.

Kitabda müəllifin ayrı-ayrı vaxtlarda gördüyü, bir neçə il əvvəl “kulis.az” saytının sifarişi ilə yazaraq tək-tək çap etdirdiyi ədəbi yuxulardan ibarətdir. "Ədəbi yuxular”da "Brodski niyə əsəbi idi?”, "Xaqani ilə Nizami yenə bir yerdəydilər...”, "Nazim Hikmət şeirindən vaz keçdimi?”, "Şimborska ilə şəkil çəkdirə bilmədik...”, "Pamuk mənə hansı kitabları və niyə verdi?”, "Borxes sual gözləmədən danışır, Brodski isə susurdu...” adlı altı ədəbi yuxu toplanıb.

Səməd Vurğunun ev muzeyi Tərlan Əliyarbəyov küçəsi, 6 ünvanında yerləşir. Giriş sərbəstdir.

# 1005 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #