"Oskar"ın Tvitter biabırçılığı: siyahını açıqladılar, sonra sildilər

"Oskar"ın Tvitter biabırçılığı: siyahını açıqladılar, sonra sildilər
5 fevral 2020
# 12:18

Amerika Kino Akademiyası "Oskar" qalibləri ilə bağlı səhvən siyahı paylaşıb.

Kulis.az xəbər verir ki, rəsmi "Twitter" hesabında tamaşaçıların təxminlərini öyrənmək istəyən səhifə adminləri tərəfindən səhvən bir siyahı paylaşılıb. Paylaşılan siyahı qısa müddət sonra silinib. Ardınca üzrhaqlıq şərhi paylaşılıb.

Siyahıya görə ən yaxşı film nominasiyasında "Parazit" filmi, ən yaxşı rejissor "1917" filmi ilə Sam Mendes, ən orijinal ssenari nominasiyasında "Parazit" filmi, ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyasında isə "Jojo Rabbit"n qalib olduğu görünür.

Səhv paylaşıma inansaq, ən yaxşı aktyor Xoakin Feniks, ən yaxşı aktrisa Renee Zellveger, ikinci dərəcəli rolun ən yaxşı kişi ifaçısı Bred Pitt , ikinci dərəcəli rolun ən yaxşı qadın ifaçısı isə Laura Derndir.

Sözügedən siyahını təqdim edirik:

Gallery

Qeyd edək ki, 2020-ci il üzrə "Oskar" mükafatlandırma mərasimi fevralın 9-dan 10-a keçən gecə baş tutacaq.

# 2039 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #