Tanınmış rejissor “Comic Con Russia” festivalının qonağı olacaq

Tanınmış rejissor “Comic Con Russia” festivalının qonağı olacaq
30 iyul 2019
# 16:26

“Çip və Deyl köməyə tələsir”, “Qara plaş” və digər cizgi filmlərin yaradıcısı olan rejissor, prodüser və animator Ted Stouns bu ilin payızında “Comic Con Russia” festivalını ziyarət edəcək.

Azərtac xəbər verir ki, T.Stouns “Walt Disney Animation” kompaniyası ilə əməkdaşlıq etmiş və “Ələddin”, “Gerkules”, “Baz Layterin sərgüzəştləri” kimi layihələrin üzərində işləmişdir.

Festivalın mətbuat xidmətində bildirilib ki, oktyabrın 3-dən 6-dək davam edən festival günlərində ziyarətçilər rejissorla söhbət edib, ondan avtoqraf ala biləcəklər.

# 2316 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #