"Mirzə Cəlilin Azərbaycanı" adlı film çəkilir

"Mirzə Cəlilin Azərbaycanı" adlı film çəkilir
3 sentyabr 2019
# 14:00

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında “Mirzə Cəlilin Azərbaycanı” adlı filmin çəkilişlərinə start verilib.

Kulis.az-ın verdiyi xəbərə görə, filmin rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tair Əliyevdir.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş film, rejissor Mirzə Cəliin personajlarını cəmiyyətimizdə tapıb filmə çəkmək fikrindədir: “Düşünürəm ki, Mirzə Cəlil bu günkü Azərbaycanı görərək yazıb”.

Filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvan şəhəri, Nehrəm kəndi də daxil olmaqla, Ağcabədi rayonunda, Gürcüstanın Tbilisi və Qori şəhərlərində lentə alınacaq. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulacaq.

Qeyd edək ki, filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tair Əliyev, operatoru Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

# 2150 dəfə oxunub

Müəllifin son yazıları

# # #