Coys haqda kitab təqdim olundu

Coys haqda kitab təqdim olundu
18 dekabr 2017
# 15:40

Bu gün Azərkitab Təbliğat Mərkəzində tənqidçi-alim İradə Musayevanın sayca 7-ci kitabı “Ceyms Coysun “Ulillis”i və ədəbiyyatda devrim”intəqdimatı keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, təqdimatı giriş sözü ilə İradə Musayeva açıb: “Bizim ədəbiyyatşünaslıqda Coysun Uillis romanı haqda bir neçə məqalədən başqa heç bir məlumat yox idi. Coysla bağlı bu kitab ədəbiyyatşünaslığımızdakı bu boşluğu doldurmaq məqsədi daşıyır. Sevinirəm ki, Azərbaycanda Coysun oxucuları olacaq”.

Tədbirdə tənqidçi Elnarə Akimova, professor Tərlan Quliyev, əməkdar jurnalist Qərənfil xəlilova, yazar Kənan Hacı, Samirə Əşrəf, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva, Azər Qismət, Xan Rəsuloğlu, filoloq Yaqut əhmədli və digər qonaqlar çıxış ediblər.

Xatırladaq ki, kitabda kulis.az saytında çap olunan 10 məqalə yer alıb.

# 983 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #