Analarımızın bizdən gizlətdiyi 10 gerçək

Analarımızın bizdən gizlətdiyi <span style="color:red;">10 gerçək
10 iyul 2018
# 09:00

Dünyada hər ana şəfqətin, özünü fəda etmənin və sevginin mükəmməl bir nümunəsidir. Analıq təcrübəsi bütün məntiq anlayışlarını və açıqlamalarını rədd edir. Ana olmayan qadının bu hisləri dərk etməsi mümkün deyil. Ananız yəqin ki, aşağıda bəhs edəcəklərimiz barədə sizə heç nə demədi. Ancaq bu onun bunları yaşamadığı, təcrübədən keçirtmədiyi mənasını daşımır.

Çox ağladı...

Hamilə olduğunu anladığında ağladı. Sizi dünyaya gətirərkən də ağladı, sevinc göz yaşları axıtdı. Qorxuyla və sizə dəyər verdiyi üçün ağladı. Siz fərqində olmasanız belə əzabınızı və xoşbəxtliyinizi hiss edərək bunu sizinlə bölüşdü.

Sonuncu keks dilimini yemək istədi

Sizi böyümüş gözlərlə masa üzərindəki keksə baxarkən görəndə o, həmin keksdən yemədi. Çünki öz mədəsinin yerinə sizin mədənizin dolu olduğunu, tox olduğunuzu biləndə daha xoşbəxt olacaqdı.

Canı yandı

Saçını yolduğunuzda, iti dırnaqlarınızla qolundan tutanda, döşünü əmərkən dişlədiyinizdə bədəni incindi. Doqquz ay onun qarnında əsnədiniz. Siz dünyaya gələrkən onun vücudunun əzabla qıvrılmasına səbəb oldunuz.

Hər zaman qorxdu

Bətninə düşdüyünüz andan etibarən sizi qoruya bilmək üçün bütün gücündən istifadə etdi. Sizi özündən başqa heç kimə etibar etmədi. İlk addımlarınızı atdığınız zaman sanki ürəyi dayanacaqdı. Evə gəldiyinizə əmin olana qədər yatmadı. Ertəsi gün məktəbə vaxtında gedə bilməyiniz üçün yuxudan çox tez oyandı. Özünüzü təhlükəsiz hiss etməyiniz üçün həmişə yanınızda oldu.

Mükəmməl olmadığını da bilirdi

Xasiyyətinə aid olan bütün qüsurları bilir və bəzən də özündən nifrət edirdi. Söhbət sizdən gedirsə, özünə yer tapa bilmirdi. Hər şeyi yerinə yetirən mükəmməl ana olmaq istəsə də insan olduğundan müəyyən səhvlər də etdi. Yəqin ki, hələ də özünü əfv etməyə çalışır.

Siz yatdığınız zaman sizi seyr etdi

Bəzən gecələr yatmağınız üçün dua edərək gecə yarısına qədər oyaq qaldı. Layla deyərkən gözlərini güclə açıq saxlayırdı. Amma siz yuxuya gedəndən sonra yanınıza uzanıb sizi seyr edər və bütün yorğunluğu bir andaca yox olardı.

Sizi doqquz aydan da çox gəzdirdi

Hələ ayaq açıb yeriyə bilmədiyiniz, qucağa ehtiyacınız olan zaman sizi qucağında gəzdirdi. İş görəndə, yemək yeyəndə, hətta yatanda belə sizi gəzdirməyi öyrəndi. Bəzən başqa cür mümkün olmurdu. Əlləri yorulsa da, kürəyi ağrısa da, sizi hər zaman özü ilə gəzdirdi. Çünki siz ona yaxın olmaq istəyirdiniz.

Siz ağlayan zaman ürəyi ağrıdı

Onun üçün sizin ağlamağınız qədər kədərli bir səs, gözəl simanızdan axan göz yaşları qədər dəhşətli heç nə yox idi. Ağlamamağınız üçün əlindən gələn hər şeyi etdi. Göz yaşlarınızın qarşısını ala bilməyəndə isə qəlbi milyon hissəyə bölündü.

Sizi hər zaman birinci etdi

Yeməksiz, yuxusuz qaldı. Bəzən günlərlə duş qəbul etməyə, təmizlənməyə imkan tapmadı. Gün ərzində bütün vaxtını sizin tələbatlarınızı qarşılamağa həsr etdiyindən özü üçün ayrılan zamana heç bir enerjisi qalmazdı. Çünki siz onun bütün varlığıydınız.

Hər şeyi yenidən başlaya bilərdi

Analıq bir qadının bacaracağı ən çətin işlərdən biridir. Bəzən adamın əsəbləri belə sıradan çıxa bilər. Amma bütün iztirablara, fəlakətlərə, uzun və yuxusuz gecələrə, erkən açılan sabahlara baxmayaraq, o, sizin üçün etdiyi cəfakeşlikləri təkrarlamaqdan heç bir vaxt çəkinməz. Çünki siz ananız üçün hər şeyi ifadə edirsiniz.

# 1345 dəfə oxunub

Müəllifin son yazıları

# # #