Rəşidə Rəşid: "Atam xainlər haqda çox şey bilirdi"

Rəşidə Rəşid: "Atam xainlər haqda çox şey bilirdi"
14 dekabr 2020
# 09:43

“Qarbaçova xəbərdarlıq etdi. Qarabağ məsələsi həll olunmasa çox qan töküləcək. “

Kulis.az xəbər verir ki, bu sözləri unudulmaz sənətkar, Xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Rəşid şəxsi İnstaqram səhifəsində yazıb. O, sənətkarın 105-ci doğum günü münasibətilə yazdığı mətndə hiss və duyğularını belə ifadə edib:

“Bu gün Rəşid Behbudovun doğum günüdür. 105 yaşı tamam olur. Bu gün ruhu lütflə doludur. Bu gün doğma Şuşa və Qarabağ geri qaytarılıb. Bu gün onun Qarbaçova Qarabağın Azərbaycana məxsus olmasını vətanklarını Bakıdan geri çəkilməsini tələb etdiyini necə yüksək səslə duyğu içərisində səsləndirdiyini bir daha xatırlayacağıq. Ölkənin ərazi bütövlüyü məsələsində xainlərin iştirakı barəsində çox şey bilirdi. Qarbaçova xəbərdarlıq etdi. Qarabağ məsələsi həll olunmasa çox qan töküləcək... Qan töküldü. Acaq böyük qələbə də gəldi. Bu il müqəddəs Azərbaycan torpağı olan Qarabağın baharı möhtəşəm şəkildə çiçək açacaq. Doğma torpaqların azadlığı uğrunda döyüşən bütün qəhrəmanlara əbədi şan və ədalət ... Bir güllə və ya süngü altında. Söz və əməllər... Həyatınız və millətinizə sədaqətinizlə. Fərq etməz. Ölkəmizin vətənpərvərlərinə əbədi şöhrət. Doğum gününüz mübarək ata. Bu gün həyatda ən böyük hədiyyənizi aldınız".

# 5178 dəfə oxunub

Müəllifin son yazıları

# # #