Türkiyə ən çox kimi oxuyur? - ARAŞDIRMA

Türkiyə ən çox kimi oxuyur? - ARAŞDIRMA
27 noyabr 2017
# 17:44

Eloktron kitab satışı platforması Türkiyə əhalisinin 6 aylıq mütaliəsinə aid statistika çıxarıb.

Kulis.az cnnturk.com-a istinadən xəbər verir ki, nəticələrə görə, ən çox kitab oxuyan şəhər Ankaradır. Bundan sonrakı sıralamada İstanbul, Eskişeher, İzmir, Tunceli və Muğla yer alıb.

Ən az oxuyanlar urfalılardır. Ən az oxuyan şəhərlər içərisində Yozgat, Adıyaman, Osmaniye və Qəhrəmanmaraş da var.

Ən çox oxunan Stefan Sveyqdir. Bundan sonra türk oxucu ən çox Zülfü Livanelıinin kitablarına üstünlük verir. Üçüncü yerdə Yuval Harari qərar tutub. Çox oxunanlar siyahısında Yaşar Kamal, Corc Oruel, Cules Verne kimi klassikləşmiş yazıçılar da var.

Ən çox sevilən nəşriyyatlar isə İş Bankasa Kültür Yayınları, Yapı Kredi Yayınlar və Can Yayınlarıdır.

# 1114 dəfə oxunub

Müəllifin son yazıları

# # #