"Cəhənnəmdə 8 gün"ün premyerası oldu

"Cəhənnəmdə 8 gün"ün premyerası oldu
25 fevral 2020
# 13:34

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbulun Gültepe Mədəniyyət Mərkəzində “Cəhənnəmdə 8 gün” tamaşasının premyerası baş tutub.

Kulis.az xəbər verir ki, tamaşaçda baş rolu Türkiyə-Azərbaycan Vizyon Teatrının rəhbəri Kəmalə Kamal ifa edib.

Xocalı sakini Dürdanə Ağayevanın xatirələri əsasında hazırlanan tamaşanın ssenari müəllifi Aygün Həsənoğlu, rejissoru Kamran Dadaşzadə, musiqi tərtibatçısı Aynur Axundzadədir.

Qeyd edək ki, tamaşa “Bir millət, iki dövlət” layihəsi çərçivəsində hazırlanıb. Xocalı soyqırımı zamanı ermənilərə əsir düşmüş və səkkiz gün əsir həyatı yaşamış qadının hekayəsini özündə əks etdirən səhnə əsərində aktyorlardan Şəlalə Coşqun Tuna, Bülənt Altay, Yavər Hüseynzadə, Said Vardar, Musa Çakır və digərləri iştirak edirlər.

Gallery

# 2046 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #