Orxan Kamalın nəşr hüququ Tərcümə Mərkəzinə verilə bilər

Orxan Kamalın nəşr hüququ Tərcümə Mərkəzinə verilə bilər
13 noyabr 2014
# 15:29

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn Türkiyənin böyük yazıçısı Orxan Kamalın oğlu İşıq Öğütçü ilə görüşüb.

Görüş zamanı İ.Öğütçü atasının bəzi əsərlərinin nəşr hüququnun Tərcümə Mərkəzinə verilməsi üçün lazım olan köməyi əsirgəməyəcəyini bildirib. O, qeyd edib ki, Azərbaycanda belə bir Mərkəzinin yaradılması çox təqdirəlayiq haldır.

“Nə xoş ki, dünyada tərcümə işi ilə məşğul olan belə ciddi təşkilatlar mövcuddur. Məsələn, mən bu yaxında Çində oldum, orada atamın 4 kitabını tərcümə və çap ediblər. Çox istərdik ki, dünyanın bütün aparıcı dillərinə çevrilən Orxan Kamalın əsərlərinə qardaş ölkə olan Azərbaycanda xüsusi diqqət ayrılsın. İnanıram ki, məhz Tərcümə Mərkəzi kimi mötəbər bir qurum bu işin öhdəsindən peşəkarlıqla gələ bilər”.

# 1246 dəfə oxunub

Müəllifin son yazıları

# # #