“Azərbaycan: Tolerantlıq ünvanı” adlı sərgi açılacaq

“Azərbaycan: Tolerantlıq ünvanı” adlı sərgi açılacaq
27 iyun 2019
# 18:27

İyunun 30-dan iyulun 10-dək Azərbaycan UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.

Həmin sessiya çərçivəsində iyunun 28-də Azərbaycan İstiqlal Muzeyində “Azərbaycan: Tolerantlıq ünvanı” adlı tədbir – sərgi keçiriləcək.

Sessiyada tolerantlıq mövzusuna toxunulacaq, onun digər inanc və əqidələrə dözümlü yanaşmasından söhbət açılacaq. Tədbir çərçivəsində təqdim ediləcək sərgidə keçmiş Azərbaycan Dövlət Din Tarixi Muzeyinin fondunda qorunub saxlanılan müxtəlif dinlərə məxsus 50- yə qədər əşya nümayiş etdiriləcək. /azertag.az/

# 2742 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #