Mirzə Fətəli Axundovun “Seçilmiş əsərləri” Ukrayna dilində

Mirzə Fətəli Axundovun “Seçilmiş əsərləri” Ukrayna dilində
7 may 2014
# 10:42

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyinin qeyd olunması barədə sərəncamı ilə əlaqədar görülən işlər çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi dahi yazıçının seçilmiş əsərlərini Ukrayna dilində çap etdirib. Lent.az-ın AzərTAc-a istinadla verdiyi xəbərə görə kitaba M.F.Axundovun həyat və yaradıcılığı barədə məqalələr, dahi mütəfəkkirin şeirləri, məktubları, “Aldanmış kəvakib” povesti, “Kəmalüddövlə məktubları” və bütün dram əsərləri daxil edilib.

Bakı Slavyan Universitetində tərcüməyə müsbət rəy verilib. Kitaba ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri professor Kamal Abdullayev yazıb.

Kitabın tərcüməçisi Ukrayna tədqiqatçısı Vasil Belotserkovski, redaktoru Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlidir.

Kitab Kiyevdə “Dmitri Buraqo” nəşriyyatında nəfis şəkildə çap edilib. Nəşrə tanınmış azərbaycanlı iş adamı, Ukraynanın Sumı vilayət şurasının deputatı Əfqan Salmanov maliyyə dəstəyi göstərib.

# 1579 dəfə oxunub

Müəllifin son yazıları

# # #