Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türkdilli ölkələrin müstəqilliyinin əldə olunmasının 25 illiyinə həsr olunmuş xatirə medalları azərbaycanlı sənət adamlarına təqdim edilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən təşkilatın rəhbəri Düsen Kaseinov bildirib ki, TÜRKSOY-un Azərbaycanla sıx mədəni əlaqələri var:
“Azərbaycanla bağlı çoxsaylı tədbirlərimiz olub və bu, gələcəkdə də davam edəcək. Təşkilatın medalı indiyədək Azərbaycandan bir neçə sənətkara təqdim olunub. Biz çox şadıq ki, Azərbaycanda da TÜRKSOY-a yüksək səviyyədə münasibət var. Bilirsiniz ki, bu il türk dünyasında bir sıra əlamətdar hadisələrin ildönümüdür. TÜRKSOY-un 25-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik, eləcə də türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90-cı ildönümüdür. TÜRKSOY türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsində əlindən gələni edir. Bu işdə bizə töhfə verən Azərbaycanın sənət adamlarına hər zaman minnətdarıq”.
- Tarantino ikinci dəfə ata oldu
- Rövşən Yerfinin yeni kitabı çap olundu
- Anarın yaradıcılığı “Türk Ədəbiyyatı"nda
Türk xalqlarının mədəniyyətinə verdiyi töhfələrə görə xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və müğənni Roza Zərgərli təltif olunublar.