Şahbaz Xuduoğlu: "Bu qanunsuzluğa son qoyulsun"

Şahbaz Xuduoğlu:  "Bu qanunsuzluğa son qoyulsun"
27 aprel 2022
# 16:30

Bu gün “Qanun” Nəşriyyatında naşirlərin, yazarların və media nümayəndələrinin iştirakı ilə kitab üzərində əlavə dəyər vergisinin (ƏDV) qanunsuz olaraq saxlanılması ilə bağlı görüş keçirilib.

Kulis xəbər verir ki, görüşü “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu açıb. O, ölkə başçısının müvafiq fərmanına əsasən kitab və kağızın 18 faiz əlavə dəyər vergisindən azad edilməsi haqda qanun qəbul edildiyini bildirib. Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minsə də, kitab satışından, istehsalından və xaricdən gətirilən kağız məmulatlarından hələ də vergi tutulur.

Problemin həlli üçün dəfələrlə müraciət olunsa da heç bir nəticə əldə olunmayıb.

Sonda Şahbaz Xuduoğlu toplantıya yekun vuraraq məsələ ilə bağlı yenə də aidiyyatı qurumlara kollektiv müraciət olunacağını bildirib.

# 1680 dəfə oxunub

Müəllifin son yazıları

# # #