ABŞ məhkəməsinin “Happy Birthday To You” qərarı

ABŞ məhkəməsinin “Happy Birthday To You” qərarı
23 sentyabr 2015
# 10:20

ABŞ federal məhkəməsi Warner/Chapell kompaniyasının “Happy Birthday To You” mahnısı üzərində müəllif hüquqlarını tanımaqdan imtina edib. Kulisin rus mətbuatına istinadən verdiyi xəbərə görə hakim yalnız mahnının bəzi aranjemanlarına müəllif hüququnun verilə biləcəyini deyib.

Warner/Chapell 1980-ci ildə 25 milyon dollar müqabilində kompozisiyanın lisenziyasını əldə edib. Kompaniya mahnıdan ilə orta hesabla 2 milyon dollar gəlir əldə edirdi.

Melodiyanın müəllifi Kentukki ştatında yaşayan Mildred və Patti Hill bacıları olub. Onlar mahnını 1893-cü ildə bəstələyiblər. Mahnı o zaman “Hamının sabahı xeyr” (Good Morning To All) adlanırdı. Bacılar mahnının müəllif hüquqlarını Summy Co şirkətinə, o da öz növbəsində Warner/Chapell-ə satmışdı.

2013-cü ildə Warner/Chapell kompaniyasına qarşı məhkəmə işi başlanıldı. Mahnının filmdə istifadəsi üçün 1.5 milyon dollar tələb edən şirkəti məhkəməyə verənlər filmin istehsalçıları idi.

# 1150 dəfə oxunub

Müəllifin son yazıları

# # #