Xalq artisti 70 yaşını yubiley turu ilə qeyd edəcək

Xalq artisti 70 yaşını yubiley turu ilə qeyd edəcək
7 iyul 2021
# 12:36

Rusiyanın Xalq artisti Oleq Qazmanov 70 illik yubileyi münasibətilə yeni albom təqdim edəcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə müğənni müsahibəsində bildirib. Yubiley turuna çıxdığını deyən O. Qazmanov, iyulun 22-nə qədər yeni bir albom çıxaracağını bildirib.

Yubileyi münasibətilə Svetloqorskda konsert verəcəyini bildirən Rusiyanın xalq artisti oğlunun da onunla birlikdə çıxış edəcəyini deyib: "Ad günümü həmişəki kimi Moskvada bir masa arxasında keçirməyə yox, dostlarımı dəvət edib səhnədə qeyd etməyə qərar verdim".

Qeyd edək ki, yubiley konsertinin oktyabrın 30-da Moskvada keçirilməsi planlaşdırılır.

# 1518 dəfə oxunub

Müəllifin son yazıları

# # #