“Yazı”  jurnalının yeni  sayı  çapdan çıxıb

“Yazı”  jurnalının yeni  sayı  çapdan çıxıb
16 dekabr 2016
# 10:39

“Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb. Kulis.Azın verdiyi məlumata görə, “Baş redaktordan” yazısı ilə açılan dərginin əvvəlində “Yaddaş” bölümündə Sabir Əhmədli, Eldar Baxış və Şahmarın yazıları verilib.

“Poeziya” bölməsində Sevinc Elsevər, Haqqarar, Ruzbeh Məmməd, Xeyrulla Xəyal və Zaur Sahilin şeirləri yer alıb.

“Nəsr” bölümündə Rövşən Yerfi, Çinarə Omray, Sirac Mustafayev, Vəfa Mürsəlqızının hekayələri və Azad Qaradərəlinin “Əllidən bir kəm” romanının əvvəli çap olunub. “Dram” rubrikasında Natiq Məmmədlinin “Dumana bürünmüş” absurd pyesi, “Güneydən səslər”də Elşən Böyükvənd, Kiyan Xiyav, Zamin Paşazadə və İsa Zeyninin yazıları yer alıb.

“Çevirmə” yerində M.Svetayeva, B.Pasternak, A.Ginzberq, Adonis, Ğadə Əlsəman, Adil Yılmaz və Sunay Akının yazıları, “Esseistika” bölümündə Niyazi Mehdi, Milan Kunderanın esseləri verilib. “Təqvim yarpaqları”nda Məmməd Elinin 75 illiyi, Araz Elsəsin isə 45 yaşı qeyd olunub.

“Palirta”da Fransada yaşayan ünlü rəssam, həmyerlimiz Nigar Nərimanbəyovanın yaradıcılığı haqda məlumat, müsahibə və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.

“Yazı”nın yeni sayını Bakıda kitabevim.az kitab mağazasından (28 may metrosunun yaxınlığında) əldə etmək mümkündür.

# 999 dəfə oxunub

Müəllifin son yazıları

# # #