Beynəlxalq Muzey Həftəsi aksiyası keçiriləcək

Beynəlxalq Muzey Həftəsi aksiyası keçiriləcək
8 iyun 2021
# 18:55

İyunun 7-dək ən iri sosial şəbəkələrdə beynəlxalq "MuseumWeek" (Muzey həftəsi) aksiyası keçirilir.

Kulis.az Kultura.ru saytına istinadla xəbər verir ki, yeddi gün ərzində bütün dünyanın mədəniyyət müəssisələri öz akkauntlarında kəşflərə, uşaqlara, keçmişə və gələcəyə, bir sıra başqa müxtəlif mövzulara həsr edilmiş postlar yerləşdirəcəklər. Aksiya ilə bağlı yenilikləri və muzeylərin postlarını Fezbuk, İnstaqram, Tvitter, “VKontakte” xüsusi həştəqləri vasitəsilə və layihənin rəsmi rusdilli səhifəsində izləmək mümkündür.

Aksiyanın birinci günündə muzeylər #OnceUponAtimeMW həştəqi vasitəsilə dövrün başlanğıcı, eksponatın və ya muzeyin özünün tarixi barədə söhbət açıblar.

İyunun 8-də sosial şəbəkələrin istifadəçiləri #BehindTheScenesMW həştəqi vasitəsilə muzeylərin ehtiyat fonlarında saxlanan nadir eksponatları görəcək, adətən ziyarətçilər üçün qapalı olan muzey şöbələrinin necə işlədiklərini öyrənəcəklər.

Çərşənbə günü iştirakçılar #ChildrensEyesMW həştəqi vasitəsilə incəsənətə uşaqların gözü ilə baxacaq, cümə axşamı günü isə #ЭврикаMW (#EurekaMW) həştəqi vasitəsilə böyük kəşflərin və ixtiraların tarixi barədə məlumat mübadiləsi aparacaqlar.

İyunun 11-də muzeylər #CaptionThisMW həştəqi vasitəsilə öz auditoriyasının yaradıcı potensialını açıqlamağa çalışacaq, sosial şəbəkələrin istifadəçilərinə onlayn formatda qeyri-adi oyunlar təqdim edəcəklər.

Şənbə günü, iyunun 12-də təşkilatçılar bütün iştirakçılara – həm muzeylərə, həm də onların abunəçilərinə #ArtIsEverywhereMW konsepsiyasını əks etdirən maraqlı şəkilləri bölüşməyi təklif edirlər.

Aksiya iyunun 13-də başa çatacaq. Həmin gün layihə iştirakçıları gələcək nəsillər üçün və ya özləri üçün mühüm ismarıclardan ibarət qeydlər, fotolar və ya videolar paylaşacaqlar. Bu əməliyyatları #WordsForTheFutureMW teqi vasitəsilə icra etmək mümkündür.

# 1576 dəfə oxunub

Müəllifin son yazıları

# # #