Sentyabrın 30-da “YARAT” Müasir İncəsənət Mərkəzində “Verbum est anima” adlı musiqili-poetik performansı təqdim ediləcək.
Performans çərçivəsində gənc müəllif və ifaçıların birgə yaratdığı musiqili poetik təqdimatlar olacaq.
Müəyyən bir məqamda hər oxucu üçün şair və yazıçı dediyimiz insanların nə gördüyü, nəyi duyduğu və hiss etdiyi maraqlı olur. Bizim üçün adi olan dünyanı onlar necə görürlər və onların daxili aləmi necə qurulub? Bütün bu suallar “Verbum est anima”da cavablandırılacaq. /azertag.az/