Qəbələ RLS-in bəlaları ekrana gəlir

Qəbələ RLS-in bəlaları ekrana gəlir
26 fevral 2020
# 13:52

Aran Film Yaradıcılıq Mərkəzi “Onların RLS-i” adlı yeni sənədli filmin çəkilişlərini bitirib.

Kulis.az xəbər verir ki, filmdə Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş “Daryal” tipli stasionar radiolokasiya stansiyası olan Qəbələ rayonu ərazisində yerləşən RLS-in həmin ərazilərə, sakinlərinə olan zərərindən bəhs edir.

Mərkəzdən aldığımız məlumata görə, artıq çəkilişləri bitmiş ekran əsəri RLS-in Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində inşası, onun bu ərazilərə və həmin ərazilərə yaxın məsafədə yaşayan sakinlərə dəydiyi xeyiri və ziyanı haqqında danışacaq.

Xatırladaq ki, “Onların RLS-i” filminin son hazırlıq işləri aprel ayında tamamlanacaq.

Filmin rejissoru Yeganə Əbdülməmmədova, operatoru Əminə Həsənli, direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

# 3343 dəfə oxunub

Müəllifin son yazıları

# # #