“Vətənin pərvəri ol” müsabiqəsi başladı

“Vətənin pərvəri ol” müsabiqəsi başladı
30 avqust 2016
# 12:33

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Vətənin pərvəri ol” mövzusunda ənənəvi şeir və rəsm müsabiqəsini elan edir.

Kulis.azın məlumatına görə müsabiqədə 15-25 yaşlı yeniyetmə və gənclər iştirak edə bilərlər.

Müsabiqəyə qəbul oktyabrın 18-dək davam edəcək. Müəlliflər aşağıdakı ünvana orijinal şeir və rəsmlərini göndərə bilərlər.

Ünvan: Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi, 7/ AZ1069

Tel.: (+99412) 561-71-41; 561-60-41

E-mail: [email protected]

# 880 dəfə oxunub

Müəllifin son yazıları

# # #