Gülnar Səma 2 fevral Gənclər günü ərəfəsində “İlin gənc alimi” seçilib.
Kulis.az xəbər verir ki, Qasımlı Gülnar Vaqif qızı AMEA Ədəbiyyat İnstitutunun 29 yanvar 2021-ci il tarixində keçirilən Elmi şurasının qərarı ilə “İlin gənc alimi-2020” nominasiyasına layiq görülüb.
Gülnar Səma 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub. 2019-cu ilin oktyabrında “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” adlı dissertasiyasının müzakirəsi keçirilib.
2017-ci ilin iyun ayından Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir, şöbənin hazırladığı “Molla Nəsrəddin” ensiklopediyası”nda məqalələri yer alıb. 2019-cu ilin iyun ayından İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.