Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi
7 avqust 2026
# 18:29

Madonnanın "Ray Of Light", "Blur" qrupunun "13" albomları və "All Saints" qrupunun hitə çevrilən "Pure Shores" mahnısındakı fəaliyyəti ilə tanınan məşhur britaniyalı musiqiçi və prodüser Uilyam Orbit 69 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, iyun ayının 23-də evində dünyasını dəyişən sənətçinin ölüm xəbərini bu gün onun ailəsi sosial şəbəkələr vasitəsilə paylaşıb.

Məşhur prodüserin ölüm səbəbi açıqlanmayıb.

1990 və 2000-ci illərin əvvəllərində pop və elektron musiqi səhnəsinin formalaşmasında mühüm rol oynayan Orbit, karyerası ərzində Britni Spirs, U2, Robbi Uilyams və Bet Orton kimi dünya ulduzları ilə əməkdaşlıq edib.

Qeyd edək ki, onun Madonna ilə birgə hazırladığı və 1999-cu ildə üç "Qremmi" mükafatı qazanan "Ray Of Light" albomu pop musiqi tarixinin ən uğurlu işlərindən biri hesab olunur.

# 113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər