Özünü dənizə atan gənc şairin meyiti tapılıb - YENİLƏNİB

<b>Özünü dənizə atan gənc şairin meyiti tapılıb</b> - <span style="color:red;">YENİLƏNİB
9 yanvar 2018
# 17:15

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında şair Məlik Cahanın meyitinin tapılması ilə bağlı məlumat yayımlanıb. Məlumatda deyilir:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08 yanvar 2018-ci il tarixində 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb. Yanvarın 9-da C.Məlikovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 300 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

16.37

Şair Məlik Cahanın meyiti tapılıb.

Kulis.azın məlumatına görə, meyit FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən bu dəqiqələrdə aşkara çıxarılıb.

Xatırladaq ki, gənc şair Məlik Cahan yanvarın 8-i axşam saatlarında Dənizkənarı Bulvarda “Yaxt Klub”a yaxın ərazidə özünü dənizə ataraq intihar edib

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.

Gənc şair Lerik rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinin 4-cü kursunda oxuyurdu.

# 1228 dəfə oxunub

Müəllifin son yazıları

# # #