Özbəkistanda Milli Qəhrəmanımız haqqında kitab çap olundu

Özbəkistanda Milli Qəhrəmanımız haqqında kitab çap olundu
29 avqust 2023
# 14:30

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə özbək dilində “Vətən üçün can fəda edən qəhrəmanlar” adlı kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Mövlan Şükürzadənin araşdırmaları nəticəsində ərsəyə gələn nəşr Milli Qəhrəman İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edir.

Qeyd edək ki, “Vətən üçün can fəda edən qəhrəmanlar” adlı kitab gənc nəsillərə vətənə sədaqət, xalqa məhəbbət, vətənpərvərlik hissləri aşılayan nəşr nümunəsi kimi oxuculara tövsiyə olunur.

# 706 dəfə oxunub

Müəllifin son yazıları

# # #