Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Aşk təsadüfləri sevər 2” filminə çəkilir.
Kulis.az-ın türk mətbuatına istinadən vediyi xəbərə görə, film 2020-ci ildə kinoteatrlara çıxarılacaq.
İyulun 21-dən çəkilişləri başlayan filmin rejissorluğunu bu dəfə Ömər Faruk Sokakdan başqa İpək sokak da edəcək. Rolları Nəsrin Cavadzadə, Yigit Kirazçı, Elif Doğan və Aytac Şaşmaz bölüşüblər. Həyatdan götürülmüş əhvalat üzərində qurulmuş film tamaşaçıları 60-cı illərdən bu günədək uzanan bir zaman səyahətinə çıxaracaq.
- Sabir Rüstəmxanlı: "Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir"
- Xalq artisti vəfat edib
- Amerikalı rəssamın "Atatürk" portreti gündəm oldu - Foto