Filmimiz beynəlxalq film festivalının finalında

Filmimiz beynəlxalq film festivalının finalında
2 sentyabr 2019
# 09:55

“Nobel qardaşlarının ilk uğuru” filmi İtaliyada keçirilən “Cinema Povero” Beynəlxalq Festivalının finalına çıxıb.

Kulis.az xəbər verir ki, “SSP Production”ın istehsal etdiyi film ən yaxşı sənədli film kateqoriyası üzrə seçilib.

“Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov, redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub.

# 2033 dəfə oxunub

Müəllifin son yazıları

# # #