Bakıda musiqi gecəsi təşkil olunacaq

Bakıda musiqi gecəsi təşkil olunacaq
9 avqust 2019
# 14:21

Sentyabrın 19-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdinə Kamera və Orqan Musiqisi Zalında “Qədim Avropaya səyahət” adlı musiqi gecəsi təşkil olunacaq.

Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq gecədə “D`accordo” barokko ansamblı bir sıra dünya şöhrətli bəstəkarların əsərlərini ifa edəcək.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək. /azertag.az/

# 1800 dəfə oxunub

Müəllifin son yazıları

# # #